Benfika Aston Villa nın futbolçusunu icarəyə götürdü

19.07.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Aston Villa"nın yarımmüdafiəçisi Enso Barreneçea icarə əsasında "Benfika"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı argentinalı ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. "Transfermarkt" portalının məlumatına əsasən, "Benfika" transfer üçün 3 milyon avro ödəyib və müqavilədə sonradan satın alma maddəsi də yer alıb.

Qeyd edək ki, Barreneçea ötən mövsümü icarə əsasında "Valensiya"da keçirib. Yarımmüdafiəçi 33 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью