“Benfika” Brunu Lajeni istefaya göndərdi

17.09.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Lajeni istefaya göndərib.

“Qafqazinfo” “Portugual.net”ə istinadən xəbər verir ki, bunu “Benfika”nın prezidenti Ruy Koşta açıqlayıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibi üzərində 3:2 hesablı fantastik qələbə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью