Benfika Duranı icarəyə götürdü Rəsmi

21.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Portuqaliyanın "Benfika" klubu hücum xəttini Con Duranın transferi ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

22 yaşlı hücumçu ötən mövsümün ilk yarısını icarə əsasında “Fənərbaxça”da keçirib. O, qış fasiləsində “Zenit”ə keçib. Duranın müqavilə hüquqları isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsusdur.

Qeyd edək ki, 22 yaşlı hücumçu 2025-ci ilin qışında İngiltərənin "Aston Villa" klubundan "Əl-Nəsr"ə keçmişdi. Duran karyerası ərzində "Enviqado", "Çikaqo Fayr", "Aston Villa" və "Əl-Nəsr"in də formasını geyinib. O, Kolumbiya millisində keçirdiyi 22 oyunda 6 qol vurub.

İtaliya millisi üçün Qvardiola variantı: Təklif göndərildi Zaniolo "Udineze"də qalacaq: Azı 3 illik müqavilə Avropa Liqası: "Beşiktaş"ın potensial rəqibi bəlli oldu Emre Mor Niderland klubuna keçdi - Rəsmi ÇL: "Fənərbaxça"nın potensial rəqibi müəyyənləşdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью