Benfika Fənərbaxça nın təklifinə cavab verməyib

09.08.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, "Fənərbaxça" "Benfika"da forma geyinən Kerem Aktürkoğlu üçün rəsmi təklif göndərib.

İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün Lissabon klubuna 22,5 milyon avro təklif edib.

Apasport.az xəbər verir ki, Portuqaliya klubu türklərin təklifini hələ gözlədir. Belə ki, onlar "sarı-lacivərdlilər"in təklifini rədd etməyib, nə də müsbət geridönüş etməyib. 

Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsüm "Qalatasaray"dan Portuqaliya təmsilçisinə 12 milyon avroya transfer olunmuşdu. 

“Qalatasaray”dan inamlı start “Ayaks”dan yeni transfer - RƏSMİ “Qarabağ”ın rəqibindən uğurlu start UEFA “Barselona”nın ulduzlarını cəzalandırdı “Araz-Naxçıvan”ın futbolçusu “Səbail”də
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью