sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin Çempionlar Liqası tarixində cəmi dörd qapıçının nail olduğu rekorda imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta Sport" analitik portalı sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trubin UEFA Çempionlar Liqasında Hans-Jorq Butt (üç qol), Sinan Bolat, Vinsent Enyeama və İvan Provedeldən (hər biri bir qol) sonra qol vuran beşinci qapıçı olub.
Qeyd edək ki, Trubin ötən gecə Çempionlar Liqasının 8-ci turu çərçivəsində "Real" ilə (4:2) görüşün 90+8-ci dəqiqəsində komandasının 4-cü qolunun müəllifi olub ki, bu da "qartallar"ı Çempionlar Liqasının pley-offuna yüksəldib.