Benfika nın ukraynalı qolkiperlə vidalaşmağa hazır olduğu məbləğ açıqlandı

10.02.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Benfika"nın ukraynalı qapıçı Anatoli Trubini başqa kluba satmağa hazır olduğu məbləğ açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X"sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi hazırda 24 yaşlı qapıçını satmağı düşünmür, lakin "qartallar" 50 milyon avro və ya daha çox təklif alsa, vəziyyət dəyişə bilər.

Bu mövsüm Trubin bütün turnirlərdə 35 oyun keçirib və bir qol vurub. O, həmçinin 18 matçda qapısını toxunulmaz saxlayıb. Ümumilikdə isə cari mövsümdə 27 qol buraxıb.

Qeyd edək ki, Trubin Çempionlar Liqasında qol vuran beşinci qapıçı olub və onun "Real" vurduğu qol Çempionlar Liqasının səkkizinci turunun ən yaxşı qolu seçilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью