“Benfika” onları şikayət etdi

24.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Benfika” onları şikayət etdi

“Benfika” Portuqaliya çempionatında “Portu”ya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra İntizam Şurasına müraciət edib.

QOL.az xəbər verir ki, “Record”un məlumatına görə, Lissabon klubu 4 epizodla bağlı araşdırma başlanmasını istəyib. “Benfika” “Portu”nun forma xidmətinin əməkdaşının ikinci qoldan sonra ehtiyat skamyasına təhqiramiz jest etdiyini, Qabri Veiqanın isə skamyaya butulka atdığını iddia edib.

Klub həmçinin “Dragau” stadionunda səsləndirilən musiqi və digər əyləncə elementlərinin qonaq azarkeşlərə qarşı təxribat xarakteri daşıdığını bildirərək araşdırma tələb edib. Bundan başqa, “Benfika” “Portu Canal”ın komandanın ehtiyat skamyasından görüntüləri necə əldə etdiyinin araşdırılmasını istəyib.

Qeyd edək ki, “Benfika” daha əvvəl hakim Migel Noqeyranın idarəçiliyini tənqid edib və 8 mübahisəli epizodun yer aldığı video yayımlayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью