Benfika prezidenti Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

21.08.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kerem Aktürkoğlunun gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Benfika”nın prezidenti Kerem Aktürkoğlunun klubu tərk etməsinə icazə verməyib. Bu səbəbdən dünən Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça" “Benfika” matçında türk hücumçu əsas heyətdə meydana çıxıb.

Bu barədə məlumatı "Record" nəşri yayıb.

“Benfika” rəhbərliyi transfer məsələsində sərt mövqe sərgiləyib və gənc futbolçunun klubdan ayrılmasına icazə verməyib. Bu isə həm klubun, həm də futbolçunun maraqlarını qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, 0:0 bitən qarşılaşma zamanı Kerem bir neçə təhlükəli epizod yaradıb və komandasının hücum potensialını artırıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью