Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
''Beşiktaş''dan ayrılmaq istəyən Rafa Silvanın durumu rəhbərlik üçün ciddi problem yaratmaqda davam edir.
İddialara inansaq, ulduz futbolçu sabiq klubu ''Benfika''ya qayıtmaq istəyir. Lissabon nəhəngi isə mümkün qədər bu mövzudan kənar durmağa çalışır. Bu arada ''Benfika''nın prezidenti Ruy Koşta Rafa Silva ilə bağlı suala cavab verib.
''Qartallar'' Portuqaliya çempionatının 12-ci turunda səfərdə ''Nasyonal'' ilə qarşılaşacaqlar. Koşta komanda ilə birlikdə səfərə yollanarkən hava limanında jurnalistlərlə ayaqüstü söhbət edib. Jurnalistlərdən birinin ''Rafa Silvanın geri dönəcəyi deyilir. Fanatlara yeni il hədiyyəsi verəcəksizmi'' sualına belə cavab verib:
''Rafa Silva bildiyiniz kimi hazırda ''Beşiktaş''ın futbolçusudu. Bizim futbolçumuz deyil. Ona görə də indi bu mövzu haqda danışmağın heç bir mənası yoxdu. Bizə yeni il hədiyyəsi verməli olanlar hazırda burda bizimlə birlikdə yer alan və ilin sonuna qədər keçirəcəyimiz oyunlarda qalib gəlməli olan indiki futbolçularımızdı''.