Benfika PSJ nin futbolçusunu transfer etmək istəyir

17.04.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Benfika" PSJ-dən icarəyə götürdüyü Renato Sançesi komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Portuqaliya klubu futbolçunun transfer hüququna yiələnmək istəyir. Bu barədə "Reacord" məlumat yayıb.

Klublar arasındakı anlaşmada 10 milyon avroluq satınalma bəndi yer alıb. "Benfika" portuqaliyalı yarımmüdafiəçini daha aşağı qiyməti transfer etmək istəyir. PSJ təklifi qəbul etməsə, Lissabon təmsilçisi Portuqaliya millisinin üzvünü daha 1 il icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, "Benfika" Renato Sançesi mövsümün əvvəlində icarəyə götürüb. 27 yaşlı futbolçu komandanın heyətində 17 rəsmi matçda iştirak edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью