Benfika Qarabağ matçının hakimləri müəyyənləşdi

14.09.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Benfika" - "Qarabağ" matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Oxu.Az bu barədə UEFA-nın rəsmi saytına istinadla xəbər verir.

Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Onun köməkçiləri qismində Co De Veird və Kevin Monteni çıxış edəcəklər.

Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью