Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Benfika" və "Real Madrid" sol cinah müdafiəçisi Alvaro Karrerasın transferi ilə bağlı danışıqları davam etdirir.
Apasport.az xarici mediaya istinadla xəbər verir ki, klublar hələ ki, müqavilənin detallarını yekunlaşdırmayıb.
İddialara görə, "Real Madrid" 22 yaşlı futbolçu üçün 30-35 milyon avro və bonuslar təklif edir, "Benfika" isə "kral" klubundan 50 milyon tələb edir.
La Liqa nəhənglərinin Klublararası Dünya Çempionatı başlamazdan əvvəl Alvaro Karrerasın transferini tamamlaması gözlənilir.
"Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Braziliya millisinin üzvü “Yunayted”də - RƏSMİ “Milan”ın müdafiəçisi “Əl-Nəsr” yolunda “Barsa” ispaniyalı qolkiperlə maraqlanır “Qalatasaray” Osimhenin əvəzedicisini tapdı Sterlinq “Çelsi”yə qayıdacaq