Benfika son anda xal itirdi: Mourinyoya 90+1 şoku

24.09.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Portuqaliya Premyer Liqasının 6-cı həftəsində "Benfika" "Rio Ave"ni qəbul edib.

Oxu.Az xəbər verir ki, ötən həftə AVS üzərində 0:3 hesablı qələbə qazanaraq azarkeşlərinə "Qarabağ" məğlubiyyətini unutduran "qırmızı-ağlar" yeni baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ilk ev qələbəsini əldə etmək üçün meydana çıxıblar.

Qarşılaşmada hesab yalnız 86-cı dəqiqədə açılıb. "Benfika" Sudakovun zərbəsi ilə önə keçib. Lakin ev sahibi komanda üç xalı təmin edə bilməyib. Belə ki, "Rio Ave" 90+1-ci dəqiqədə Andre Luizin qolu ilə hesabı bərabərləşdirib və matç 1:1 hesabı ilə başa çatıb.

Bu nəticə ilə "Benfika" xallarını 14-ə yüksəldib və lider "Portu" ilə fərqi 4 xala endirib. Mourinyonun komandası hazırda turnir cədvəlində ilk üçlüyü qapayır.

"Benfika" son anda xal itirdi: Mourinyoya 90+1 şoku

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью