Benfika ukraynalı futbolçunu transfer etmək istəyir

27.08.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Ukrayna yığmasının yarımmüdafiəçisi Georgi Sudakov "Benfika"nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Lissabon təmsilçisi bu transfer üçün "Şaxtyor"a 27 milyon avro təklif edib.

Amma bu rəqəm Donetsk təmsilçisini razı salmayıb. Ukraynalılar Sudakovu 30 milyon avrodan aşağı satmaq niyyətində deyillər.

Qeyd edək ki, 22 yaşlı futbolçu "Şaxtyor"un yetirməsidir. O, Ukrayna yığmasında 29 oyunda forma geyinib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью