“Benfika” və “Bavariya” 1/8 finalda

25.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, C qrupunun üçüncü turunda Argentina təmsilçisi “Boka Xuniors” Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə qarşılaşıb və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Eyni qrupda yer alan və daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya “Bavariya”sı isə Portuqaliyanın “Benfika” klubuna 0:1 hesabı ilə uduzub.

Bununla da Lissabon təmsilçisi də adını pley-offa yazdırıb.

Üç turdan sonra “Benfika” 7 xalla qrup lideri, “Bavariya” isə 6 xalla qrup ikincisi kimi 1/8 final mərhələsinə keçiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью