futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Benfika” klubunda baş məşqçi Joze Mourinyo və bir neçə futbolçu virusa yoluxub.
Futbolpress.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. İnfeksiyanın əsas simptomları baş ağrısı və bədəndə ağrılardır.
“Benfika” Portuqaliya çempionatında sabah “Portu” ilə qarşılaşmalıdır. Oyunun keçirilib-keçirilməyəcəyinə bu gün qərar veriləcək.
Liqanın qaydalarına görə, komandada azı 13 futbolçuda infeksiya aşkarlansa oyun təxirə salına bilər.