Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Benfika” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 24-cü pillədə başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi sonuncu - VIII turda “Real Madrid”lə qarşılaşıb.
Altı qolun vurulduğu görüşdə sevinən tərəf Joze Mourinyonun kollektivi olub - 4:2.
Komandasının son qolunu ukraynalı qapıçı Anatoli Trubin 90+8-ci dəqiqədə baş zərbəsi ilə vurub. Bu qol “Benfika”ya növbəti mərhələyə yüksəlmək imkanı verib.
Qeyd edək ki, “Benfika”nın növbəti turdakı potensial rəqiblərindən biri də məhz “Real Madrid”dir.
"Qarabağ" tarix yazdı - Pley-offdayıq! - YENİLƏNİB “Liverpul” - “Qarabağ”: START HEYƏTLƏR Marko Yankoviç: “Liverpul”a qarşı oynamaq bizim üçün şərəfdir” Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” Arne Slot: "Qarabağ" asanlıqla məğlub ediləcək rəqib deyil”