“Benfika”nın futbolçusu: “Ağırdır”

05.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Benfika”nın futbolçusu Nikolas Otamendi Çempionlar Liqasında “Qarabağ”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi 2:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Fərdi olaraq inkişaf etməliyik. 2:0 öndə olanda standart vəziyyətdən sonra qol buraxmaq ağırdır. Daha çox çalışmalıyıq. İrəli baxmaq lazımdır. Qələbə qazananda hamı qazanırsa, məğlub olanda da hamı məğlub olur. Özümüzü tənqid etməliyik. Qarşıda uzun yol var və heç kimi indidən nəyəsə təminat verə bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью