“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

23.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Portuqaliya Kubokunda “Torrense” və “Benfika” arasında keçirilən qarşılaşmada bədbəxt hadisə baş verib.

Apasport.az xəbər verir ki, matçın fasiləsində meydan sahibi komandanın azarkeşlərindən biri özünü pis hiss edib.

Stadionda tibbi yardım göstərilən azarkeş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Qurum azarkeşin ürək və tənəffüs problemləri yaşadığını bildirərək ailəsinə və yaxınlarına başsağlığı verib.

Qarşılaşmanın son dəqiqələrində “Benfika” azarkeşlərindən biri də özünü pis hiss edib. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

“Benfika”nın baş məşqçisi Marko Silva oyundan sonra keçirilən mətbuat konfransında hadisələrə münasibət bildirib:

“Fasilədə nə baş verdiyindən xəbərim yox idi. Bunu mətbuat konfransına gəlməzdən bir neçə dəqiqə əvvəl öyrəndim. Nəsə baş verdiyini hiss etmişdim və həkimimizdən vəziyyətlə maraqlanmasını istədim. Oyunun dayandırılmalı olub-olmadığına gəlincə, Portuqaliyada bu məsələ ilə bağlı qaydaları dəqiq bilmirəm. Əsas odur ki, belə hallarda tibbi yardım mümkün qədər tez göstərilsin”.

Qeyd edək ki, Portuqaliya Kubokunun IV mərhələsində keçirilən görüş “Benfika”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Con Duran, Canluka Prestiyanni və Yakub Kaminski fərqləniblər. “Torrense”nin yeganə qolunu Musa Dramme vurub.

“Qalatasaray”la oyun öncəsi Emeridən "RAMS Park" açıqlaması: “Bəhanəmiz yoxdur” Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Kyellini: “10 il əvvəl bunu desəydilər, hamımız gülərdik” Poçettino: “Bu məğlubiyyətin qəzəbini enerjiyə çevirməliyik” “Milan”dan 5 qol, “İnter”dən 4:4-lük heç-heçə - VİDEO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью