Benin Milli Assambleyasının üzvü: Bizə iqlimə həssas büdcə lazımdır

17.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Benin iqlim dəyişikliyi məsələsində ən həssas ölkələrdən biridir. Biz iqlim dəyişikliyinin qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq".

Oxu.Az xəbər verir ki, bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən parlament görüşündə panel müzakirəsi zamanı Benin Milli Assambleyasının üzvü Jeremie Adomahou deyib.

O bildirib ki, qarşıda duran məqsədlərə çatmaq üçün layihələr hazırlanmalıdır:

"Məsələn, sellərin gəlməsi ilə kənd təsərrüfatının dağıdılması, istixana qazlarının artması əsas problemlərdəndir. Buna qarşı tədbirlər planı olmalıdır ki, iqlim dəyişmələrini artıran bu əsas problemlərin qarşısını ala bilək. Bizim elə büdcəmiz olmalıdır ki, iqlimə həssas olsun".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью