Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyalı mütəxəssis Rafael Benites Əlcəzair millisinin yeni baş məşqçisi ola bilər.
İdman.Biz xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Romen Molina məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Benites bu vəzifədə 29 aylıq fəaliyyətindən sonra istefaya göndərilən Vladimir Petkoviçi əvəz edə bilər.
Məlumata əsasən, Əlcəzair Futbol Federasiyası 66 yaşlı ispaniyalını baş məşqçi postu üçün əsas namizəd hesab edir. Qısa siyahıda həmçinin Joze Pezeyru və Roberto Martines də yer alır.