Benites: “Salah “Qızıl top”u qazanmağa layiqdir”

15.04.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul”un keçmiş baş məşqçisi Rafael Benites “qırmızılar”ın cinah oyunçusu Məhəmməd Salah barədə danışıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis misirli forvardın “Qızıl top”a layiq olduğunu bildirib:

“Salahın müqaviləsini yeniləmək “Liverpul” üçün prioritetdir, çünki o, dünya səviyyəli futbolçudur. Ən yüksək səviyyədə oynamağa və hər matçda komandaya töhfə verməyə davam etdiyindən Salahın yaşı ilə bağlı sual yaranmır. Təbii ki, Salah mövsümün sonunda “Qızıl top”u qazanmağa layiqdir. Niyə olmasın?”.

Qeyd edək ki, Salah mersisayd təmsilçisiylə daha 2 illik sözləşmə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью