Benites üçün Yunanıstan iddiası

18.10.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İspaniyalı tanınmış məşqçi Rafael Benites Yunanıstanda çalışa bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Panatinaikos” klubunda baş məşqçi postuna əsas namizəddir. Bu barədə “Sport24” nəşri məlumat yayıb. Klub rəhbərliyi Benitesə Yunanıstan çempionatı üçün rekord məbləğli maaş təklif edib.

65 yaşlı Benitesin son ünvanı “Selta” olub. O, ötən ilin martından işsizdir. Benites karyerası ərzində “Valensiya”, “Liverpul”, “İnter”, “Napoli”, “Çelsi“, “Real”, “Everton” kimi klublarda işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью