Benjamin Sesko “Mançester Yunayted”ə keçir

06.08.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sloveniyalı istedadlı hücumçu Benjamin Sesko karyerasını İngiltərədə davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Leypsiq klubunun oyunçusu yaxın günlərdə “Mançester Yunayted” ilə müqavilə bağlayacaq.

Mənbəyə görə, tərəflər artıq danışıqları tamamlayıb və müqavilə üzrə razılıq əldə olunub.

Müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

22 yaşlı hücumçunun bazar dəyəri 70 milyon avro olaraq göstərilir. Qeyd edək ki, onun hazırkı klubu “Leypsiq”lə müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

Sesko ötən mövsüm Bundesliqada 33 oyunda meydana çıxıb, bu görüşlərdə 13 qol vurub və 5 assist edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью