Benksinin məşhur əsəri mühafizə altına alındı

26.07.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Benksinin Venesiyadakı məşhur "Miqrant uşaq" əsəri bərpa olunaraq mühafizə altına alınıb.

Kulis.az xəbər verir ki, 2019-cu ildə meydana çıxan və illərlə baxımsız qalan əsərin təxminən üçdə biri zədələnib.

İtalyan bankı "Banka İfis" binanı alaraq divar rəsmi daxil olmaqla bərpa işlərinə başlayıb.

Bərpa prosesi Benksiyə yaxın şəxslərlə məsləhətləşmələr aparılaraq həyata keçirilir.

Qeyd edək ki, əsərin gələcəkdə ictimai sərgilərdə təqdim olunacağı bildirilir. Bərpanın nə zaman tamamlanacağı isə hələlik məlum deyil.

Ramil Babayev əməliyyat olundu “Pezeşkian "Heydərbabaya salam"ı oxuyandan sonra..." - Netanyahu niyə ancaq farslara müraciət edirdi? Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью