Bennaser "Milan"dan ayrıldı

07.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bennaser "Milan"dan ayrıldı

İsmael Bennaser "Milan"dan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Daha əvvəl Bennaserin Qətər çempionatından "Əl-Qarafa" klubuna keçməyə yaxın olduğu bildirilirdi.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Zaqreb "Dinamo"sunda keçirən Bennaser 2019-cu ilin yayından İtaliya komandasında çıxış edirdi. O, 2021/2022 mövsümündə "Milan" ilə ölkə çempionu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью