“Bennett” Mükafatının qalibi açıqlandı

22.08.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

ABŞ-da qadın realist rəssamların ən nüfuzlu mükafatlarından biri sayılan “Bennett” Mükafatının qalibi elan olunub.

Kulis.az xəbər verir ki, mükafatın qalibi rəssam Emi Uernts seçilib.

O, 50 min dollar vəsait və ABŞ-ı əhatə edən fərdi sərgi turu ilə təltif olunub.

Müsabiqənin tarixi də yeniliklə yadda qalıb, ilk dəfə mükafatın qalibini yalnız qadınlardan ibarət münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, 2016-cı ildən təsis olunan “Bennett” Mükafatı iki ildən bir qadın fiqurativ realist rəssamlara təqdim olunur və qalibə böyük sərgi imkanı yaradır.

Brilliant Dadaşova arxiv görüntülərini paylaşdı “Ulduz”un iyul-avqust sayı dərc edildi Məşhur Hollivud ulduzu Bred Pittə ağır itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью