Benzema “Əl Hilal”dakı ilk oyununda het trik etdi Video

06.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Fransa millisinin hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı Premyer Liqasının (Proliqa) 21-ci turunda “Əl Hilal”la ilk oyununa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, səfərdə “Əl Uxdud”la baş tutan görüş qonaqların 0:6 hesablı qələbəsi ilə başa çatıb.
Benzema “Əl Hilal”dakı debüt oyununda üç qol vuraraq het-trik edib. Həmçinin Salem Əl-Dovsari də iki qol vurub. Braziliyalı hücumçu Malkom da fərqlənib.
Qeyd edək ki, Benzema bir neçə gün əvvəl “Əl İttihad”dan hazırda 50 xalla turnir cədvəlinə başçılıq edən “Əl Hilal”a keçib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью