Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə bağlı gələcək planlarını sual altına qoyub.
BAKU.WS xəbər verir ki, təcrübəli futbolçu ona təklif olunan yeni müqavilə şərtlərindən narazı qalıb və komandadan ayrılmağı düşünür.
Fransa mətbuatının, xüsusilə "L"Equipe" nəşrinin yaydığı xəbərə əsasən, Benzemaya illik maaşı 108 milyon avrodan aşağı olan yeni müqavilə təklif edilib. Bu məbləğ hücumçunu qane etməyib və o, özünə qarşı yetərli hörmət göstərilmədiyini düşünərək klubla yollarını ayırmaq niyyətinə düşüb.
Bu səbəbdən futbolçu "Əl-Fəth"ə qarşı keçirilən oyunda iştirak etməyib. Hazırda Benzemanın yenidən Avropa futboluna qayıtması ehtimalı gündəmdədir.
Onunla maraqlanan klublar arasında Türkiyənin "Fənərbağça"sının da adı çəkilir. Razılıq əldə olunacağı təqdirdə, azarkeşlər yaxın zamanda ulduz futbolçunu yenidən Avropa meydanlarında görə bilər.