Benzema ideal komandasını qurdu SİYAHI

21.11.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kərim Benzema AS-a müsahibə verib. 

Lent.az bildirir ki, “Real”ın əfsanəsinə ideal komandasını qurmaq kimi ənənəvi bir çağırış təklif edilib.
Fransız imtina etməyib:

"Qapıçı Manuel Noyer olacaq. Sağ cinah müdafiəçisi Dani Alveş, sol cinah müdafiəçisi Marselo. Mərkəz müdafiəçiləri PepeSerxio Ramosdur.

Mərkəzdə üç nəfər var: Pol Poqba, ZidanRonaldinyo.

Ön cinahda hücumda braziliyalı Ronaldo olacaq. Cinahlarda isə sağda Lionel Messi, solda isə Kriştiano Ronaldo olacaq".

Benzema belə bir komandada özünə yer tapa bilmədiyi üçün ehtiyat oyunçular arasına düsüb. Kərimin yanına Andres İnyestaLuka Modriç əlavə olunacaq.

Maraqlıdır ki, Benzemanın heyətində, əvəzedicilər də daxil olmaqla, heç vaxt “Real” və ya “Barselona”da oynamamış yalnız iki oyunçu var: Manu NoyerPol Poqba.

Bəs məşqçi kim təyin edilməlidir?
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью