Benzema karyerasını başa vurmaq istəyir

16.12.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını başa vurmağı nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. 

36 yaşlı forvard cari mövsümün sonunda futbolla vidalaşmaq niyyətindədir.

Eyni zamanda Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun müqaviləsi başa çatanadək - 2026-cı ilin yayınadək oynayacağını gözləyir. Xəbərdə bu da qeyd olunur ki, Benzema artıq "Real"la razılaşıb. O, futbolçu karyerasını bitirdikdən sonra klubun səfiri vəzifəsində işləyəcək.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Bu mövsüm bütün yarışlarda 11 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью