Benzema karyerasını bitirir Yeni iş yeri bilindi

16.12.2024

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əl İttihad"ın fransalı ulduz Kərim Benzema bu mövsümün sonra karyerasını bitirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb. 

Mənbə 36 yaşlı hücumçunun bu barədə artıq qərara gəldiyini iddia edib. Benzemanın artıq “Real Madrid”lə klubun səfiri vəzifəsində çalışmaqla bağlı razılığa gəldiyi bildirilir. 

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun rəhbərliyi isə onun 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna qədər oynayacağına ümid edirlər. 

Xatırladaq ki, Kərim Benzema cari mövsümdə “Əl-İttihad”ın heyətində Səudiyyə Ərəbistanı çempionatında 10 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью