Benzema: Mbappe 9 nömrə deyil

05.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Əl-İttihad"ın futbolçusu Kərim Benzema həmyerlisi Kilian Mbappe haqda danışıb.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, deyib: 

"Mbappe bilir ki, "Real"da böyük təzyiq var. Sən "Qızıl Top"u qazana bilərsən, amma 3 oyun qol vurmasan, səni öldürəcəklər. Mənə görə, Mbappe 9 nömrə deyil. Onun mövqeyi sol vingerdir. Amma problem ondadır ki, son cinahda dünyanın ən yaxşısı Vinisius var". 

Qeyd edək ki, Kərim Benzema 2009-2023 illərdə "Real"da oynayıb. O, bu illər ərzində 648 oyuna çıxaraq 354 qol vurub və 165 qolun ötürməsini edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью