Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əl-Hilal”dan ayrıldıqdan sonra hazırda azad agent statusunda olan Kərim Benzemanın karyerasını İngiltərədə davam etdirə biləcəyi iddia olunur.
Fanat.Az xəbər verir ki, informasiyanı "talkSport" yayıb.
38 yaşlı fransalı hücumçu ilə bir neçə Premyer Liqa klubunun maraqlandığı bildirilir. Transfer pəncərəsi bağlansa da, azad agent statusunda olan futbolçularla müqavilə imzalamaq hələ də mümkündür.
Benzema “Əl-Hilal”da qısa müddətdə məhsuldar çıxış edib. O, 16 oyunda 10 qol vurub. Buna baxmayaraq, yeni mövsüm üçün klubun heyətinə daxil edilməyib və tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında dayandırıblar.
Forvardın Premyer Liqada indiyədək çıxış etməməsi də mümkün transferi daha maraqlı edir. Benzema daha əvvəl “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” kimi klubların diqqətində olub.
Əlisahib İbrahimli