Benzemalı Əl İttihad sona 2 tur qalmış çempion oldu

16.05.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Səudiyyə Ərəbistanı Pro Liqasının qalibi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, çempionun adına 32-ci turda aydınlıq gəlib.

Ciddədəki "Kinq Abdulla Sports Siti" stadionunda autsayder "Əl-Raed"i 3:1 hesabı ilə yenən "Əl-İttihad" sona 2 tur qalmış ölkə birinciliyinin qalibi olub.

Hesabı 9-cu dəqiqədə "Əl-Raed"in müdafiəçisi Umar Qonsales açıb. 21-ci dəqiqədə Ciddə təmsilçisinin hücumçusu Stiven Berqveyn tarazlığı bərpa edib. "Əl-İttihad"ın digər qollarına Danilu Pereyra (40-cı dəqiqə) və Abdulrəhman Əl-Obud (47) imza atıblar.

Xatırladaq ki, "Real Madrid"in sabiq forvardı Kərim Benzema hazırda "Əl-İttihad"ın formasını geyinir.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью