Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı Kral Kubokunun final matçı keçirilib.
Oxu.Az xəbər verir ki, həlledici qarşılaşmada "Əl-İttihad" və "Əl-Qadisiyə" komandaları üz-üzə gəliblər.
Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Əl-İttihad"dan Kərim Benzema dublla yadda qalıb. Daha bir dəfə isə Hussem Auar fərqlənib. "Əl-Qadisiyə"nin yeganə qolunun müəllifi isə Pyer-Emerik Obameyanq olub.
Qeyd edək ki, bu, "Əl-İttihad"ın Kral Kubokunda sayca 10-cu qələbəsidir.