Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransalı ulduz hücumçu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı forvard “Əl-Hilal” klubu ilə müqavilə imzalayıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. Benzema ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Qızıl top"un (2022) qalibi olan Benzema 2023-cü ildən etibarən “Əl-İttihad” klubunun formasını geyinirdi. O, bu komanda ilə 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionu olub.