Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kərim Benzema “Əl-İttihad”dan ayrıla bilər.
"Football-plus.az" xəbər verir ki, fransalı hücumçu klubun ona təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdı. Buna görə də Səudiyyə Ərəbistanı klubunu tərk etməyi düşünür.
38 yaşlı hücumçu yeni variantları nəzərdən keçirir. Benzema Avropa futboluna qayıtmaq, eyni zamanda MLS komadalarından birinə keçmək ehtimalını da dəyərləndirir.
Kərim “Əl-İttihad”da 2023-cü ilin yayından oynayır. O, cari mövsüm bütün turnirlərdə 21 oyuna çıxaraq 16 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.