Benzia 9 oyunluq quru seriyasını dayandırıb

20.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" ilə qaşılaşmada (3:0) penaltidən fərqlənən Yassin Benzia iki aydan çox çəkən fasilədən sonra qol vurub.

İdman.biz xəbər verir ki, fevralda "Səbail" ilə ardıcıl iki matçda rəqib qapısına yol tapan əlcəzairli yarımmüdafiəçi daha sonra 9 oyunluq quru seriyaya imza atıb.

30 yaşlı futbolçu hazırkı mövsüm çempionatda cəmi 6 qol vurub və məhsuldarlığa görə komandada Leandro Andrade (14 qol) və Nəriman Axundzadədən (9) geri qalır.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında 12 dəfə fərqlənən Benzia "Qarabağ"da məhsuldarlıq baxımından Juninyodan (20) sonra ikinci idi.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью