Benzia bu klubla müqavilə imzaladı

07.08.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Əl Feyha”ya keçib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin iyuluna kimi “Qarabağ”da forma geyinib. O, Azərbaycan Premyer Liqasında 62 oyunda 19 qol vurub, 15 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью