Benzia Ərəbistana yollanır, klubu bəlli oldu

08.07.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

2024/2025 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Yassin Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. Sport24.az yerli "Alyaum" nəşrinə istinadən xəbər verir ki, Pro Liqasına yüksələn "Əl-Hazem" təcrübəli yarımmüdafiəçini heyətinə qatır.
Oyunçunun Əlcəzair millisindəki komanda yoldaşı Amir Sayoud bu klubda çıxış edir və transferdə rol oynayıb.
Qeyd edək ki, Benzia "Qarabağ"da meydana çıxdığı 97 oyunda 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью