futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasında sabah “Lion”a (Fransa) qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
“Mənim üçün əvvəllər oynadığım “Lion”la görüş çox maraqlı olacaq. İndi isə “Qarabağ”da çıxış edirəm. Formasını geyindiyimiz komandanın şərəfini, dəyərini qorumağa çalışırıq.
Əlbəttə ki, əvvəlki “Lion”la hazırkı komanda arasında çox böyük fərq var. O vaxt komanda yüksək performans göstərirdi. “Lion” indi də yüksək səviyəli komandadır. Bu, mənim üçün çox vacib oyundur”.
Əsas xəbərlər, Ölkə futbolu
“Lion”un iki hücumçusu “Qarabağ”la oyunda olmayacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. 27 Noyabr 2024, 8:38