Benzia Ferents Puşkaş mükafatına namizəd oldu

29.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində baş tutan Əlcəzair - CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью