Benzia millidə növbəti oyuna çıxdı

22.03.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Botsvanaya qarşı matçın iştirakçısı olub. 

Meydana start heyətində çıxan Benzia 81-ci dəqiqədə Ahmed Kendouci ilə əvəzlənib. 

Görüş Əlcəzair milli komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran Benzianın komandası qrupda liderdir. Botsvana yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.

Əlcəzair millisi seçmə mərhələdə növbəti görüşünü martın 25-də öz meydanında Mozambikə qarşı keçirəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью