Benzia: “Qarabağ adı mənim üçün xüsusidir”

27.11.2024

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- +

“Mənim üçün xüsusi oyundur. Çünki keçmiş komandama qarşı oynayacağam”.

Tribunainfo.az  xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Yasin Benzia deyib.

O, Avropa Liqasının 5-ci turunda “Lion”a qarşı keçiriləcək oyundan danışıb:

“Bu dəfə “Qarabağ”ın oyunçusu kimi meydana çıxacağam. Vacib matçdır, qələbə qazanmağa, bütün ümidləri doğrultmağa çalışacağam”.

– İllər öncə oynadığınız “Lion”la indiki komandanı necə müqayisə edərdiniz?

– Çox dəyişikliklər var. Əsas, komandanın prezidenti dəyişib. Dəyişikliklərə baxmayaraq, indi də yüksək səviyyədədirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью