Benzia Qarabağ dan gedir? Əlcəzairli qərarını verdi

02.02.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın daha bir legioneri xarici klubların maraq dairəsinə düşüb.

Yassin Benzia Qətər təmsilçisi "Um-Salal"ın transfer siyahısındadır.

Apasport.az saytına verilən məlumata görə, ağdamlıların futbolçusu qərarını verib.

Əlcəzairli Qətər klubuna keçməyəcək. O, “Qarabağ”da qalmağa üstünlük verib.

30 yaşlı futbolçunun son çempionla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Ağdam təmsilçisi onunla sözləşmə müddətini artırmağı planlaşdırır və bu yöndə danışıqlar gedir.

Qeyd edək ki, Benzia 2023-cü il yanvar ayında “Qarabağ”a keçib.

“Qarabağ”ın legioneri üçün ciddi müştərilər - Rusiya klubundan təklif var Kurban Berdıyev: "Oyunçularımı xəbərdar etmişdim ki..." “Qaradağ Lökbatan”ın legioneri: “Məqsədimiz ən üst pillələrdir” Cavid Hüseynov: “Səhvlərimiz var” Autsayder Tovuzdan 1 xalla dönür - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью