Benzia Qarabağ ın növbəti təklifini rədd etdi

16.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Yassin Benzia "Qarabağ"ı tərk etməyə hazırlaşır.

Oxu.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yeni müqavilə məsələsində razılığa gələ bilmir.

Məlumata görə, Azərbaycan çempionu Əlcəzair millisinin üzvünə hazırkı məvacibindən yüksək əməkhaqqı təklif edib. Lakin Benzia bu dəfə də rədd cavabı verib. Səbəb isə oyunçunun daha yüksəksəviyyəli liqa sayılan Səudiyyə Ərəbistanında oynamaq şansının olmasıdır. Ərəb ölkəsindən gələn təklifləri dəyərləndirməklə məşğul olan pleymeykerin böyük ehtimalla yayda Azərbaycandan ayrılacağı yazılıb.

Qeyd edək ki, Benzia 2023-cü ilin əvvəlindən "Qarabağ"ın formasını geyinir. Onun Premyer Liqanın lideri ilə sözləşməsi mövsümün sonuna qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью