Benziadan İsveçlə oyunda qol və qol ötürməsi

11.06.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"la müqaviləsi başa çatan və komandadan ayrılan Yassin Benzia Əlcəzair millisində növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İsveçlə yoldaşlıq matçında bir qol vurub və bir qol ötürməsi edib.

Benzia 60-cı dəqiqədə - Əlcəzairin hesabda 0:4 geridə olduğu vaxt meydana çıxıb. O, cəmi 4 dəqiqə sonra Bennaserə qol ötürməsi verib, 71-ci dəqiqədə isə özü hesab arasında fərqi azaldıb. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qaça bilməyib - 3:4.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью