Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır

06.11.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Növbəti ildən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata kimi artırılır.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.

Müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью