​Benzin növbəsində dəhşətli qəza VİDEO

21.09.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada Yancaq Doldurma Məntəqələrində yaranan uzun növbələr artıq ağır qəzalara səbəb olmağa başlayıb. 

“AzPolitika” xəbər verir ki, sosial mediada Moskva Dairəvi Yolunda yük maşınının yanacaq doldurmaq üçün gözləyən avtomobillərə çırpıldığına dair görüntülər yayımlanıb.

Moskva Nəqliyyat Departamenti bildirib ki, "Qazel"in sürücüsü girişin qadağan olunduğu çiyinlə hərəkət edirmiş. Departament xəsarət alanlar olduğu barədə məlumat verib, lakin onların sayını açıqlamayıb.

"Baza" kanalı isə xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Qəzadan sonra beş zolaqdan üçü tutulub və kilometrlərlə uzanan tıxac yaranıb.

“AzPolitika.info”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью